!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin və Həsən Ruhani İlham Əliyevə məktub göndərdi

!Reklam – Yazi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycan sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olub. Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır.

Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığı və səmərəli əməkdaşlığı hərtərəfli möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə firavanlıq və əmin-amanlıq diləyirəm”

***

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az-ın məlumatına görə, mətndə deyilir:

“Möhtərəm Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirmişlər. Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək.

Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının şərafətli xalqına isə xoş günlər arzulayıram”.

 

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv