Rusiya prezidenti Vladimir Putin və belaruslu həmkarı Aleksandr Lukaşenko dekabrda görüşmək barədə razılığa gəliblər.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Kreml liderlərin dekabrın 2-də baş tutan telefon danışığından sonra açıqlayıb.
“Prezidentlər həmçinin gələcək təmasların qrafikini müəyyənləşdiriblər, birlik quruculuğunun həyata keçirilməsinin praktiki məsələlərini və iqtisadi məsələləri müzakirə etmək üçün dekabrda görüş keçirməyə razılaşıblar”, – məlumatda deyilir.
Rusiya və Belarus liderləri sonuncu dəfə noyabrın 22-də İrəvanda KTMT sammitində şəxsən görüşüblər.