!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin və Medvedev Azərbaycan prezidentini təbrik ediblər

!Reklam – Yazi

putinmedvedevRusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevi 55 illik yubileyi münasibəti ilə təbrik edib.

Putinin məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu. 55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz. Rusiyada Sizi ölkəmizin etibarlı dostu, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanıyırlar.

Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv ünsiyyətin və səmərəli birgə işin davam edəcəyinə ümidvar olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Azərbaycan prezidentini həmçinin Rusiya baş naziri Dmitri Medvedev təbrik edib:
“Hörmətli İlham Heydər oğlu. Sizi 55 illik yubileyiniz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Siz ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafına, sənaye, infrastruktur və energetika sahələrində iri müştərək layihələrin həyata keçirilməsinə daim diqqət yetirirsiniz. Əminəm ki, əməli qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regionlararası kooperasiyanın və işgüzar əlaqələrin genişlənməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tamamilə uyğundur.

Sizinlə həmişə konstruktiv, etimada əsaslanan şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Səmərəli ünsiyyətimizin davam etdirilməsinə şad olaram. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

 

Yenicag.az

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv