Reklam: High Technic
hightechnic

Putin və Netanyahu görüşəcək: Bu məsələlər müzakirə olunacaq

İsrail Baş naziri Binyamin Netanyahu və Rusiya prezidenti Vladamir Putin bir araya gələcək.

Yenicag.az xəbər verir ki, bu barədə həftəlik hesabat verərkən Netanyahu özü bildirib.

Netanyahu, yaxın zamanlarda baş tutacaq görüşün əsas mövzusunun Rusiya və İsrail orduları arasında təhlükəsizlik məsələlərinin təşkilinin daha da təkminləşdirilməsi olduğunu qeyd edib.

Həmçinin Netanyahu, İranın Suriyadakı hərbi varlığı davam etdirməsinə qarşılıq olaraq da müəyyən tədbirlər atacaqlarını vurğulayıb.

Qeyd edək ki, baş tutacaq görüş Rusiya hərbi təyarəsinin vurulmasından sonra iki ölkə rəsmilərinin ilk görüşü olacaq.

Bundan əvvəl isə, Rusiya təyyarəsinin vurulmasından dərhal sonra Netanyahunun Rusiyaya səfər etmək barədə təklifinə Rusiya tərəfi rədd cavabı vermişdi.

İsrail rəhbərliyi hadisə ilə bağlı açıqlama verərkən, təyyarənin Bəşər Əsəd rejiminin hava müdafiə sistemi tərəfindən vurulduğunu iddia edərək Rusiyanın ittihamlarını rədd etmiş və Suriya rejiminin məsuliyyət daşıdığını bildirmişdi.

www.yenicag.az

2939