Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Yenicag.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.
“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağa dair üçtərəfli sazişlərin icrası, o cümlədən atəşkəs rejiminə riayət olunması və Cənubi Qafqazda nəqliyyat-logistika əlaqələrinin bərpası ilə bağlı məsələlər müzakirə edilib”, – deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, telefon danışığı zamanı N.Paşinyan V.Putinə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına yönəlmiş təmaslardan danışıb.
“Nikol Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş son təmaslar barədə məlumat verib”, – deyə mətbuat xidmətindən bildirilib.