Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Məlumata görə, tərəflər Qarabağ ətrafındakı vəziyyət müzakirə edib.
Putin Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin inkişafına əməli dəstəyi davam etdirməyə hazır olduğunu təsdiqləyib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.