Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.
Tərəflər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyi müzakirə ediblər.
Rusiya və Ermənistan liderləri regionda nəqliyyat kommunikasiyalarının bərpasına və üçtərəfli razılaşmaların həyata keçirilməsinə də toxunublar.