Putin yəhudi qızı bağışladı – İsraildən torpaq qarşılığında

İsrail Qüdsdə yerləşən bir meydanını Rusiyaya verəcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada saxlanılan İsrail vətəndaşının geri qaytarılması müqabilində Qüdsün şərqində yerləşən Aleksandr meydanı Rusiyaya veriləcək. Məlumata görə, meydanda yerləşən Aleksandr Nevski kilsəsi ilə yanaşı digər tikililər də rəsmi Moskvanın mülkiyyətinə çevriləcək. Bu bölgə 1859-cu ildə rus çarı III Aleksandr tərəfindən pulla alınmışdı. 1917-ci ildə baş verən inqilabdan sonra isə meydan Rusiyanın mülkiyyətindən çıxmışdı.

Qeyd edək ki, 2019-cu ilin aprel ayında tutulan Naama İssaşar adlı qız çantasında narkotik maddə daşıdığı üçün saxlanılmışdı. Ona 7,5 il həbs cəzası verilmişdi.