Reklam

Reklam

Martın 18-də Rusiyada prezident seçkiləri keçiriləcək. Bu gün Azərbaycan və Rusiyada demək olar ki, heç kim hazırki prezident Vladimir Putinin yenidən Rusiya Federasiyasının lideri seçiləcəyinə şübhə etmir.

Rusiyalı ekspert, Uzaq Şərq araşdırmaları institutunun kafedra müdiri, professor Vladimir Kolotov Yenicag.ru-ya açıqlamasında Putinin yenidən prezident seçiləcəyi təqdirdə ölkənin siyasi istiqamətinin hansı müstəvidə dəyişəcəyi və Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafı barədə düşüncələrini bölüşüb.

Kolotov Putinin nəinki Rusiyada, eləcə də xaricdə böyük nüfuza sahib olduğunu qeyd edib:

“Hazırda o, dünyada ən təcrübəli liderlərdən biridir. Güman edirəm ki, Rusiyanın siyasəti əsasən iki istiqamətdə inkişaf edəcək. Əvvəla, daxili siyasət sahəsində idarəçiliyin effektinin yüksəldilməsinə ehtiyac var. Bu da korrupsiyaya qarşı sistemli mübarizəylə bağlıdır. İkincisi, xarici siyasət sahəsində həm yaxın, həm də uzaq yanaşmalarda Rusiyanın təhlükəsizliyinin təmin edilməsidir. Sözügedən kontekstdə, xüsusilə Vladimir Putinin çıxışlarında yeni Rusiya silahları barədə etibarlı məlumatların əldə edilməsindən sonra aydın olur ki, ABŞ “parçala və hökm sür” prinsipi ilə antirusiya xəttini davam etdirir”.

Azərbaycan və Rusiya münasibətlərinin gələcək inkişafından bəhs edən ekspert əlaqələrin hansı sahələr üzrə qurulacağına dair fikirlərini də bölüşüb:

“Azərbaycan Rusiyanın Qafqazda və Xəzər dənizi regionunda ən vacib strateji tərəfdaşlarından biridir. Odur ki, Rusiya-Azərbaycan münasibətlərinin regional təhlükəsizlik, enerji əməkdaşlığı və ticari-iqtisadi əlaqələr ətrafında qurulacağını güman edirəm. Hansı ki hazırda bu sahələr üzrə əməkdaşlıq çox aşağı səviyyədədir. Çox qəliz olan Dağlıq Qarabağ probleminin həlli yollarının axtarılması da ikitərəfli ələqələrdə mühüm yer tutacaq”.

Nicat Hacıyev

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 988
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."