Putindən ABŞ-yə XƏBƏRDARLIQ: “Ukrayna məsələsində geri çəkilməyəcəyik”

Rusiya Prezidenti Ukrayna ətrafında yaranmış mövcud şəraitdə geri çəkilməyəcəklərini bəyan edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Müdafiə Nazirliyi Kollegiyasının genişləndirilmiş iclasında danışıb.

Putinin sözlərinə görə, ABŞ bilməlidir ki, bu məsələdə Rusiyanın geri çəkiləcək yeri yoxdur:

“İndi onların Ukraynada etdikləri, yaxud da etməyi planlaşdırdıqları bizim milli sərhədlərimizdən heç də min kilometr uzaqlıqda deyil”.

O, ABŞ-nin dəfələrlə başqa ölkələrin, xüsusilə İraq, Suriya və Yuqoslaviyanın daxili işlərinə qarışdığını da xatırladıb.