!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən azərbaycanlı bloqqerə cavab: “Biz heç nəyi…”

!Reklam – Yazi

Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov Prezident Vladimir Putinə sual verib.

Yenicag.az xəbər verir ki, Rusiya Prezidentinin keçirdiyi “Birbaşa xətt” zamanı Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov V.Putinə sual ünvanlayıb. Bloqqerin “İnstagram”, “YouTube” kimi populyar sosial şəbəkələrin bağlanacağı barədə şayiələrin gəzməsi barədə sualına cavabında V.Putin bildirib ki, təhlükəsizlik məsələləri onun üçün ön planda durur.

O deyib: “Hüquq mühafizə orqanları mənə məlumat vermişdilər ki, Sankt-Peterburqda metroda baş verən partlayışdan sonra terrorçuların şifrələnmiş yazışmasını izləmək mümkün olmayıb. Ancaq mən buna necə reaksiya verməli idim? Mən sizin və sizin işlədiyiniz adamların narahatlığını anlayıram. Biz heç nəyi bağlamaq fikrində deyilik”.

Rusiya dövlətinin başçısı vurğulayıb ki, qadağan etmək ən asan yoldur. Lakin o, məsələnin sivil yolla həllinə tərəfdardır./Azərtac/

www.yenicag.az

1588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv