Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS+ sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında olan söhbətə diqqət çəkib.
Yenicag.az xəbər verir ki, Rusiya liderinin sözləri TASS-da yayımlanıb.
“Sərhədin demarkasiyası və delimitasiyası prosesinə başlandığını qeyd etmək çox xoşdur. Bu, sülh müqaviləsi üçün düzgün yoldur və sizin bu gün Azərbaycan prezidenti ilə fikir mübadiləsi apara bilməyiniz tədbirimizə üstünlük verdi”, – Putin Paşinyana istinadən deyib.
Rusiya Federasiyasının rəhbəri Paşinyanın qeyd etdiyi logistika layihələrini də vurğulayıb və Ermənistanın Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığa müsbət münasibətinin Moskva üçün vacib olduğunu vurğulayıb./unikal