Putindən İLK DƏFƏ: Danışıqlar üçün şərtlərini AÇIQLADI – Rusiya prezidenti Ukrayna ordusunun bu bölgələrdən çəkilməsini istəyir
Putin ilk dəfə olaraq münaqişədə danışıqlar üçün açıq şərtlərini irəli sürdü. Bu həm də Putinin İsveçrədə keçiriləcək sülh konfransı öncəsi Rusiyanın mövqeyini açıqlaması idi.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Financial Times” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Putinin çıxışından göründüyü kimi, Rusiya maksimalist baxışlardan imtina etmək niyyətində deyil və danışıqlarda bu mövqedən çıxış etməyə davam edəcək.
Bundan əlavə, nəşr Putinin Ukraynadan danışıqlara başlamaq üçün geri çəkilməsini tələb etdiyi bölgələrin xəritəsini yayımlayıb. Belə ki, Rusiya lideri Ukrayna ilə masaya oturmaq üçün Ukrayna Silahlı Qüvvələrinin Donetsk, Zaporojye və Xerson vilayətlərinin ərazilərindən çıxarılmasını tələb edir ki, bu da 26.000 kvadrat kilometr ərazi deməkdir.
KİV-in məlumatına görə, Rusiyanın iddia etdiyi sözügedən ərazilər Almaniyanın əksər federal əyalətlərinin, habelə Şimali Makedoniya, Sloveniya və ya İsrail kimi ölkələrin ərazisindən daha böyükdür.
Rafi Müslümov