Putin dünənki çıxışı ilə diplomatiyada masterklass göstərdi. Rusiya lideri Trampı təriflədi, onun səylərini yüksək qiymətləndirdi və atəşkəsi dəstəklədi, amma, eyni zamanda, daha sonra şərtlərini irəli sürdü.
Yenicag.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Qəzet yazır ki, bu yaxınlarda Putin Kurskda ukraynalı əsirlərlə bağlı mövqeyini Trampla bölüşdü və Amerika onun çıxışına yumşaq reaksiya verdi.
“Bu isə köhnə KQB taktikasıdır. Putin Trampın nəbzini tam tutub. Bu diplomatiyada Putinə təcrübəli köməkçiləri olan Uşakov və Lavrov məsləhət veriblər.
“The Washington Post” analitikləri isə vurğulayıblar ki, ABŞ kəşfiyyatı öz məxfi hesabatlarında Vladimir Putinin Ukraynadakı hərbi münaqişəyə son qoymağa hazır olduğunu şübhə altına alıb.
Nəşr əlavə edib ki, eyni zamanda, ABŞ və Rusiya arasında Donald Trampın təşəbbüsü ilə başlanan yaxınlaşma Putinə sərf etməyib:
“Moskvada onu manipulyasiya oluna bilən zəif hesab edirlər. Martın 6-da hazırlanmış hesabatda ABŞ kəşfiyyatının məlumatına görə, Putin hələ də Kiyevə nəzarət etmək niyyətindədir və onun Ukraynanı Rusiyanın təhlükəsizlik və iqtisadi sisteminə daxil etmək tələbindən geri çəkildiyinə dair heç bir əlamət yoxdur”.
Rafi Müslümov