Putindən Myanma hökumətinə çağırış: “Vəziyyəti nəzarətə götürün”

Rusiya prezidenti Vladimir Putin Myanmada müsəlmanlara qarşı törədilən qırğınlara son qoyulmasını istəyib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə Çində baş tutan Misir prezidinti Əl-Sisi ilə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

Rusiya prezidenti istənilən zorakılığın əleyhinə olduğunu bildirərək, müsəlmanların kütləvi qırğına məruz qaldığı Myanma hökumətinə səslənib:

“Mətbuat xidməti Myanmada baş verən hadisələrə Rusiya ilə Misirin ortaq münasibətini yayımlamalıdır.
Biz bütün formalı zorakılığın əleyhinəyik və hökuməti vəziyyəti nəzarətə götürməyə çağırırıq”.

Qeyd edək ki, Çeçenistan prezidenti Ramzan Kadırov bir neçə gün əvvəlki çıxışında Myanma qətliamına reaksiya vermədiyi üçün Rusiya rəhbərliyinə iradını bildirmişdi.

O qeyd etmişdi ki, əgər Rusiya Myanmadakı müsəlman qırğınına əl atan “şeytanları” dəstəkləsə, öz ölkəsinə qarşı çıxacaq.

Lakin Putinin yuxarıda qeyd olunan mövqeyindən razı qalan Kadırov buna görə Rusiya prezidentinə təşəkkürünü bildirib.

COP29