!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən Navalnının onun haqqında hazırladığı filmə MÜNASİBƏT: "Montajdır.."

!Reklam – Yazi

Rusiya Prezidenti Vladimir Putin müxalif bloger Aleksay Navalnının onun haqqında araşdırması olan “Putin üçün saray” (“Дворец для Путина”) filminə münasibət bildirib.

Yenicag.az rus mətbuatına istinadla xəbər verir ki, Vladimir Putin Aleksey Navalnının araşdırmasının montaj olduğunu bildirib.

“Orada hansısa hovuzu göstərirlər. Göstərirlər ki, mən həmin hovuzda üzürəm. Amma mən heç vaxt o hovuzda olmamışam. “Butterflay” formasında isə 2016-cı ildə Yenisey çayında üzmüşəm. Oradan götürüb montaj ediblər”.

Putin həmin filmdə adı çəkilən şəxslərdən bəzilərini tanıdığını söyləyib: “Orada adı çəkilənlərdən dostum, tanışım var. Lakin elələri də var ki, ümumiyyətlə, tanımıram. Mən heç vaxt bizneslə məşğul olmamışam. Mənim həmkarlarım arasında isə bizneslə məşğul olanlar var, misal üçün Donald Tramp biznesmendir”.

“Araşdırmalar”dan birində mənim olduğu iddia edilən saray nə mənim, nə də mənim hansısa yaxın qohumumundur. Mənim Gələncikdə “saray”ımın olduğu barədə şayiələrlə rusiyalıların “beyinlərini yumağa” cəhd edirlər” – deyə, Putin vurrğulayıb.

www.yenicag.az

1031
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv