Putindən S-400 açıqlaması – Dollardan imtina edildi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin, Türkiyəyə satılan S-400 hava müdafiə sisteminin müqaviləsinin dollar üzərindən edilmədiyini açıqlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə prezident Moskvada keçirilən forumda çıxışı zamanı deyib:

Prezident bildirib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bəzi aktual məsələləri müzakirə etdik. S-400 sistemlərinin tədarükünə dair məsələ barədə danışdıq. Aydındır ki, hesablaşmaları dollarla aparsaq, bu iş baş tutmayacaqdı. Odur ki, başqa bir variant tapdıq, məsələ həll olundu”.

“Rusiyanın iqtisadiyyatı yeniliklərə çətinliklə uyğunlaşır və dövlətin inkşafını formalaşdırır. Dollardan imtina edəcəyik, lakin özümüzə zərər verməmək üçün qəfil addımlar atmaq istəmirik. Qabaqlayıcı tədbir görməyənlər özləri-özlərini güllələyir, çünki dolların belə iqtisadi qeyri-sabitliyi dünyanın çoxsaylı iqtisadçılarını dollardan aslı olmayan alternativ baza valyutası axtarmağa vadar edir”, – Putin qeyd edib.

COP29