Putindən SSRİ ilə bağlı ETİRAF

Sovet qoşunlarının 1956-cı ildə Macarıstana və 1968-ci ildə Çexoslovakiyaya daxil olması Sovet hökumətinin səhvləri idi.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (EEF) deyib.

Söhbət zamanı iclasın moderatoru bildirib ki, Çexiya və Macarıstan hakimiyyəti Sovet İttifaqının bu ölkələrə qarşı müstəmləkəçilik siyasəti apardığını iddia edir.