!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən Suriya ilə bağlı - FÖVQƏLADƏ ÇAĞIRIŞ

!Reklam – Yazi

“ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası fövqəladə iclas çağırmalıdır”.

Yenicag.az xəbər verir ki,  bu sözləri Rusiyanın prezidenti Vladimir Putin deyib.

O, qeyd edib ki, Suriyanın ətrafında vəziyyətin eskalasiyası beynəlxalq münasibətlər sisteminə dağıdıcı təsir göstərir.

“Tarix hamıya və hər şeyə öz layiqli dəyərini verəcək. Necə ki, artıq Vaşinqtonun Yuqoslaviya, İraq, Livan kimi ölkələrə qarşı qanlı divan tutduğunu tarix unutmur”, – deyə Putin davam edib.

Rusiya Dövlət başçısı həmçinin suveren dövlətə qarşı təcavüzün terrorizmlə mübarizədən kənar olduğunu vurğulayıb: “koalisiya qüvvələri BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan beynəlxalq hüquq prinsiplərinin nizamnaməsini kobudcasına pozaraq müstəqil dövlətə hücum ediblər”.

Zaur H.

www.yenicag.az

3743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv