Putindən yeni məcburi hərbi xidmət QƏRARI: Yaş həddini artırdı

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Moskva ordu fəaliyyətləri ilə bağlı öz işini davam etdirir.

Yenicag.az xəbər verir ki, Kremlin yaydığı açıqlamada, Rusiya prezidenti Vladimir Putinin 18-30 yaş arası 150 min Rusiya vətəndaşının yaz dövrü üçün məcburi hərbi xidmətə çağırılması ilə bağlı fərmanı imzaladığı bildirilib.

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası ötən ilin iyulunda məcburi hərbi xidmət üçün yuxarı yaş həddinin 27-dən 30-a qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun layihəsi yanvarın 1-dən qüvvəyə minib.

COP29