!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən Zelenskiyə sərt ismarıc: "Komediyanın yox, faciənin içərisindədir"

!Reklam – Yazi

Canlı yayımda sualları cavablandıran Rusiya Prezidenti Vladimir Putin Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskini istedadlı adam adlandırıb.

Yenicag.az xəbər verir ki, Rusiya prezidenti Zelenskinin çıxışlarını gördüyünü də bildirib.

Putin Şən və Hazırcavablar Klubunda (ŞHK) Zelenskinin çıxışlarını xatırlayaraq onu istedadlı və gülməli adlandırıb: “Lakin Donbasda baş verənlər heç də gülməli deyil. Münaqişəni özünü müstəqil elan edən respublikalarla dialoq olmadan həll etmək olmaz, Zelenski isə ondan imtina edir. Münaqişənin həlli üçün heç nə edilmir, blokada güclənir”.

Rusiya prezidenti vurğulayıb ki, Zelenski anlamalıdır ki, hazırda komediyada deyil, faciənin içərisindədir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün canlı efirdə vətəndaşların suallarına cavab verir.

Televiziya kanalları canlı efir üçün üç saat ayırıblar. Veriliş Moskva vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayıb və “Rossiya 1”, “Rossiya 24”, “Birinci Kanal”, “NTV”, “OTR”, “MİR” telekanalları, “Mayak”, “Vesti FM” və “Radio Rossiyi” radiostansiyaları tərəfindən, o cümlədən sosial şəbəkələrdə yayımlanıb.

Sualların qəbulu iyunun 9-u Moskva vaxtı ilə saat 08:00-da başlayıb.

Bildirilir ki, nazirlər və qubernatorlar prezidentin mümkün qeydlərinə və istəklərinə cavab verə bilmək üçün iş yerlərindən canlı yayıma qoşulublar./Sputnik Azərbaycan/

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv