Rusiya Dövlət Dumasının deputatları prezident Vladimir Putini doğum günü münasibəti ilə təbrik ediblər.
Təbriklə bağlı Dumanın bugünkü iclasında müzakirələr aparılıb.
“Vahid Rusiya” partiyasının deputatı Valentina Tereşkova həmkarlarına müraciət edib: “Gəlin, deputatlar adından cənab Putinə 450 qızılgül hədiyyə edək”. Təklif yekdilliklə qəbul olunub.
Qeyd edək ki, bu gün Vladimir Putinin 64 yaşı tamam olur.