Rusiya prezidenti Vladimir Putinə müxalif olan və İngiltərədə mühacir həyatı yaşayan siyasətçi Nikolay Qluşkov evində ölü tapılıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, onun hansı səbəbdən öldüyü bəlli deyil. Onun cəsədini yaxınları aşkar edib.
Qeyd edək ki, Qluşkov rusiyalı oliqarx Boris Berezovskinin ən yaxın adamlarından biri hesab olunurdu.