Putinə “qələbə talismanı” hədiyyə EDİLDİ – Rəngləri gözlənilməz oldu – VİDEO

Rusiya prezidenti Vladimir Putinə məktəblilərin hazırladığı qələbə talismanı hədiyyə edilib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kremlin sahibinə ümumrusiya ailə müsabiqələrinin iştirakçıları və qalibləri ilə görüş zamanı Bryansk vilayətindən olan bir qız qələbə talismanı təqdim edib.

Hədiyyənin rəngi gözlənilməz olub. Fiqurun Rusiyanın illərdir müharibə apardığı Ukraynanın dövlət bayrağı ilə eyni – mavi və sarı rəngdə olduğu ortaya çıxıb.

Məktəblinin müəllimi Putinə izah edib ki, məktəblilər Rusiyanın Ukrayna ilə müharibədəki iştirakçıları üçün gildən belə məmulatlar hazırlayırlar.

Putin məktəbli qıza hədiyyə üçün təşəkkür edib. O qeyd edib ki, bu cür sənətkarlıq rus hərbçilərini xatırlayanların və onlara uğurlar arzulayanların “ürəyinin bir hissəsidir”.
“Bunu etdiyiniz üçün sizə təşəkkür edirəm, indi həm öz adımdan, həm də bunu göndərdiyiniz əsgərlərimiz adından təşəkkür edirəm. Döyüş bölgəsindəki döyüşçülərimizi belə sənətkarlıq əsəsrləri, məktublar, rəsmləri ruhlandırır.
Buna görə də gördüyünüz işlərə görə və hədiyyəyə görə təşəkkür edirəm”, – deyə dövlət başçısı yekunlaşdırıb.

Xuraman Etibarlı

COP29