Rusiya prezidenti Vladimir Putinin şəxsi təyyarəsinin görüntüləri yayılıb.
Yenicag.az xəbər verir ki, sözügedən görüntülər xəstəlikdən əziyyət çəkən Arslan Kaipkulov adlı 15 yaşlı uşaq tərəfindən lentə alınıb.
Məsələ burasındadır ki, Arslanın arzularından biri də həmin təyyarədə olmaq olub. Nəticədə Putin yeniyetmə oğlana kamera hədiyyə edib və onun təyyarəni gəzməsinə icazə verib.
Arslanın sayəsində təyyarənin içində olanlar gün işığına çıxıb. O, təyyarədə qapağı qızıldan olan unitazı, Putinin şərab kolleksiyasını, iki nəfərlik yataq dəstini və idman zalını lentə ala bilib.
Qeyd edək ki, “Uçan Kreml” kimi tanınan təyyarənin 390 milyon funt-sterlinq dəyərində olduğu bildirilir.