Putinin ABŞ-dəki casusu ələ keçdi – Kreml rəhbərilə birbaşa əlaqə qurub

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Rusiyanın casusu olmaqda şübhəli bilinən qadın saxlanılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, prokurorlar Elena Brenson adlı qadının 2012-ci ildə Rusiyadan Nyu-Yorka göndərildiyini bildiriblər.

61 yaşlı qadının, həmçinin Rusiyanın yüksək vəzifəli şəxslərindən əmr aldığı, Valdimir Putinlə birbaşa yazışdığı qeyd edilib.