“Putinin Altayda daçası yoxdur” – Kreml

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Altayda “Putinin daçası” adlanan ərazidə yanğınla bağlı xəbərləri şərh edib.

Yenicag.az xəbər verir ki, o, bu barədə iyunun 4-də keçirdiyi brifinqdə danışıb.

Peskov belə bir obyektin dövlət başçısının rəsmi iqamətgahları arasında təmsil olunmadığını bildirib.

“Belə bir rəsmi obyekt yoxdur… Prezidentin rəsmi iqamətgahları administrasiyaya, Federal Təhlükəsizlik Xidmətinə aid olan iqamətgahlardır və dediyiniz obyekt bu iqamətgahlar arasında deyil”, – Kreml nümayəndəsi deyib./unikal

COP29