Putinin “atəşkəs planı”: “Referendum keçirmək və işğalı rəsmiləşdirmək…” – RƏY

“Aydın məsələdir ki, döyüş əməliyyatlarının davam etdiyi şəraitdə referendum keçirmək mümkün deyil”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibədə atəşkəsə can atmasının səbəblərinə toxunan hərbi ekspert Oleq Jdanov deyib.

Ekspertin fikrincə, Referendum keçirmək və işğalı rəsmiləşdirmək üçün atəşkəsin elan edilməsi Putinə çox lazımdır:

“İş ondadır ki, referendum keçirmək və onun nəticələrini leqallaşdırmaq üçün atəşkəsin əldə olunması Putinə hava-su kimi lazımdır.

Axı döyüş əməliyyatlarının davam etdiyi şəraitdə referendum keçirmək mümkün deyil. Keçirilsə belə, Putin bunu xalqa necə izah edəcək?

Çünki müharibənin davam etdiyi şəraitdə hamı səngərlərdədirsə, yaxud da sığınacaqlardadırsa, səsverməyə kim gedəcək? Ona görə də Putinə atəşkəs lazımdır”.