Reklam: High Technic
hightechnic

Putinin Azərbaycana səfərinin detalları açıqlandı

Reklam: High Technic

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin detalları məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” agentliyinə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov məlumat verib.

Onun sözlərinə görə, Putinin bu səfəri Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsinə həsr olunacaq və iki dövlətin əməkdaşlığının çoxtərəfliyinin sübutu olacaq. Səfər həm də Rusiya və Azərbaycan münasibətlərində iqtisadiyyatın birinci plana çıxmasını göstərəcək.

Umaxanov həmçinin qeyd edib ki, Konvensiya eyni zamanda siyasi əlaqələrin möhkəmləsi üçün bünövrədi4: “İqtisadi əlaqələrin aktivləşdirilməsi üçün istiqamətlərdən biri Xəzərdə əməkdaşlıqdır. Bir ay öncə imzalanan Konvensiya iqtisadi transsərhəd əməkdaşlığının istiqamətləri toplusunu özündə əks etdirir. Həmçinin söhbət ölkələrimizin nəqliyyat infrastrukturunun fəal istifadəsindən gedir”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri sentyabrın 25-nə planlaşdırılıb.

www.yenicag.az

10013