Rusiya prezidenti Vladimir Putin Ukraynada uzun sürən hərbi qarşıdurmaya və NATO ilə mümkün konfrontasiyaya hazırlaşmaq üçün keçmiş iqtisadi müşaviri Andrey Belousovu müdafiə naziri təyin etmək qərarına gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə ISW (Amerikada Müharibənin Araşdırılması İnstitutu) analitikləri məlumat yayıb.
ISW analitiklərinin qeyd etdiyi kimi, Belousovun hərbi təcrübəsi yoxdur, lakin 2012-ci ildən Müdafiə Nazirliyinə rəhbərlik edən Sergey Şoyqu da orduda xidmət etməyib, ona görə də bu, anormal sayıla bilməz.
Mütəxəssislər qeyd edirlər ki, Belousov müxtəlif innovativ layihələrin idarə edilməsində, o cümlədən dronların hazırlanmasında iştirak edib.
“Bu, onu Şoyqunun dövründə korrupsiya ittihamları ilə üzləşən şöbəyə rəhbərlik etməyə hazırlayıb. Üstəlik, Belousov effektiv texnokrat kimi reputasiyaya malikdir və Putinlə yaxşı münasibətdədir”, – deyə ISW qeyd edib.
Hərbi analitiklər isə deyirlər ki, Putin Belousovun təcrübəsindən hərbi və iqtisadi siyasətləri birləşdirmək üçün istifadə edə bilər.
Rafi Müslümov