Putinin “dünya müharibəsi” TEZİSİ: “Siyasətçilər və jurnalistlər arasından pulla tutduğu adamlar…”

 

“Əgər bu silahlar işə düşsə, Yer kürəsi çox ciddi fəlakət qarşısında qala, hətta öz orbitindən çıxa bilər”.

Bu fikirləri mövcud şəraitdə Üçüncü Dünya müharibəsinin baş vermə ehtimalını dəyərləndirən sabiq dövlət müşaviri Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, sürətlə istehsal olunan və yenilənən müasir silahlar Yer kürəsini məhv edə bilər:

“Müasir elmin, texnikanın inkişafı şəraitində yaradılan ən yeni silahları nəzərdə tutaraq deyə bilərəm ki, əgər bu silahlar işə düşsə, Yer kürəsi çox ciddi fəlakət qarşısında qala, hətta öz orbitindən çıxa bilər.

Planetar səviyyədə iqlim və digər sahələrdə elə dəyişikliklər baş verə bilər ki, Yer kürəsində insanın yaşaması üçün bütün normal şərtlər ortadan qalxar, fauna və flora məhv olar.

Əslində, indi dünayada meydan sulayan və suyu bulandıran Putin və onun ölkəsidir. ABŞ-da Tramp və digərləri planetin, dünyanın gəlcəyini onsuz da düşünmürlər. Nə olar, olar. Üçüncü Dünaya müharibəsi tezisini də dünyaya yayan Putindir. Onun siyasətçilər və jurnalistlər arasından pulla tutduğu adamlar var.

Onlar bu fikiri yayırlar ki, müharibə yaxınlaşır, dünya sürətlə silahlanmaya gedir, yeni dünya müharibəsi labüddür. Ancaq mən yeni dünya müharibəsinin baş verməyəcəyini düşünürəm. Bu, bəşəriyyətin birdəfəlik məhv olması ilə nəticələnər”.

Səxavət Məmməd

COP29