!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin gizli nüvə mərkəzi təhlükə altında – NASA-dan dəhşətin FOTOSU

!Reklam – Yazi

Dünyanın bir çox bölgəsində yanğınlar davam edir. Bu ölkələrin başında isə Rusiya gəlməkdədir.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bir neçə həftədən bəri davam edən yanğın 4 milyon hektarlıq ərazini külə çevirib.

NASA-dan gələn bir fotoqraf da Rusiyadakı yanğınla bağlı dəhşəti ortaya qoyub.

Belə ki, həmin fotoda yanğının tüstüsünün üç min kilometr uzaqdakı Şimal Qütbünə çatdığı görünməkdədir.

Mütəxəssislərin “tarixdə bir ilk” adlandırdığı foto yanğının hansı səviyyəyə çatdığını da gözlər önünə sərməkdədir.

Digər tərəfdən “Daily Mail” qəzeti şiddətli meşə yanğınlarının fövqəladə rejim elan olunan Sarov qəsəbəsindəki çox gizli rus nüvə araşdırma mərkəzini də təhdid etdiyini yazıb.

Xəbərə görə, həmin mərkəzdə Putinin ən son strateji raketləri hazırlanmaqdadır.

Xatırladaq ki, Rusiyada bütün yanğınsöndürənlər bu işə cəlb olunsalar da, yanğının qarşısını almaq hələ də mümkün olmayıb. Bu səbəbdən də meşələrə yaxın kəndlərin boşaldılması davam edir.

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv