Putinin illik gəliri açıqlandı

Rusiya prezidenti Vladimir Putin 2021-ci ildə 10,2 milyon rubldan çox (125 min dollara yaxın) gəlir əldə edib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Kremlin saytında yerləşdirilmiş gəlir bəyannaməsində deyilir.

Qeyd olunur ki, bu, 2020-ci illə müqayisədə 207,9 min rubl çoxdur.

Eyni zamanda, baş nazir Mixail Mişustin 18,3 milyin rubl (222 min dollardan çox) gəlir qazanıb. Bu, əvvəlki illə müqayisədə 1,5 milyon rubl azdır.