!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin illik gəliri açıqlandı

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin 2016-cı ildə 8 milyon 858 min 432 rubl (157 min 800 dollar) gəlir əldə edib.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin 2015-ci ildə bundan 587 dollar çox qazanıb.

Ümumilikdə isə Putinin ötən il aylıq gəliri 738 min rubl (13 min 146 dollar) olub.

Gəlir deklarasiyasında Putinin sərəncamında 1500 kv.m torpaq sahəsi, 77 kv.m mənzil və 18 kv.m qarajın olduğu qeyd olunub.

Rusiya prezidentinin bundan əlavə iki avtomobili var – iki “QAZ” (QAZ M21), bir “Niva” və bir “Skif” qoşqusu.

Qeyd edək ki, Putin 2014-ci ildə 7 milyon 700 min rubl, 2013-cü ildə isə 3 milyon 700 min rubl qazanıb.

Yeniçağ.az

www.yenicag.az

780
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv