Rusiya prezidenti Vladimir Putinin avtomobili satışa çıxarılıb.
Yenicag.az xəbər verir ki, söhbət “Mercedes-Benz Pullman W220 S600” markalı maşından gedir.
Belə ki, elan saytlarının birində satışa çıxarılan avtomobilə 8,5 milyon rubl qiymət qoyulub.
2003-cü il ihtehsalı olan zirehli limuzinin indiyədək qət etdiyi məsafə 88 min km-dir.
Sözügedən avtomobil Putinin rəsmi görüşlərində istifadə olunub.