Rusiya Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı və özünün namizədliyini irəli sürmüş Vladimir Putini bu ilin martında keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alıb.
Yenicag.az xəbər verir ki, MSK-nın müvafiq qərarı bu gün qəbul edilib.
Putin qarşıdan gələn Rusiya prezident seçkilərində qeydə alınmış dördüncü namizəd olub. Bundan əvvəl MSK LDPR rəhbəri Leonid Slutskini, Dövlət Dumasının vitse-spikeri Vladislav Davankovu, habelə Dövlət Dumasının deputatı Nikolay Xaritonovu namizəd kimi qeydə alıb.
Rusiya Federasiyasında prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək.