“Putinin niyyətlərinin gerçəkləşməməsi üçün təcili hərəkətə keçməliyik” – Polşanın Baş naziri

“Mövcud şəraitdə Avropa Komissiyasının Ukraynaya göstərdiyi maliyyə yardımı yetərli deyil”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının həcmini dəyərləndirərkən deyib.

Baş nazirin sözlərinə görə, hazırda əsas məqsəd Putinin Ukraynanı kütləvi aclıqla üz-üzə qoymaq niyyətini boşa çıxarmaqdır:

“Həqiqətən də, Avropa İttifaqının Ukraynaya göstərdiyi maliyyə yardımları yetrəli deyil və ona görə də vəd olunan 9 milyard avro tezliklə Kiyevə çatdırılmalıdır.

Mən bu barədə Ursula von der Leyenlə də danışmışam. Çünki Putinin niyyətlərinin gerçəkləşməməsi üçün təcili hərəkətə keçməliyik.

Digər tərəfdən, hazırda əsas məqsəd Putinin Ukraynanı kütləvi aclıqla üz-üzə qoymaq niyyətini boşa çıxarmaqdır. Böyük ehtimalla, mən yaxın müddətdə Ukraynaya səfər edəcəyəm”.