Paşinyan özünün həddini aşan populizmi ilə “palçığa batan eşşəyi” xatırladır…
Paşinyanın Ermənistanda həyata keçirdiyi “məxməri inqilab”dan sonra bu həftənin əvvəlində Rusiya prezidenti Vladimir Putin ilk dəfə Yeravana səfər etdi. Səfərin məqsədi heç də Ermənistana “şərəfləndirmək”, ya da Kremlin Paşinyan hökümətinə açıq dəstəyini nümayiş etdirmək məqsədi daşımırdı. Putin sırf protokol məcburiyyəti Yeravana ayaq basmışdı və Avrasiya Ali İqtisadi Şurasının Yeravana təsadüf edən zirvə görüşündən bu və ya digər şəkildə yayınması hər şeydən Kremlin özünün əsas qlobal və strateji əhəmiyyətli layihəsinə hörmətsizliyi kimi qəbul oluna bilərdi. Yəni ortada bir məcburiyyət vardı və Putinin bu səfərə könülsüz gəlməsi ortada idi.
Ermənistan mətbuatının da yazdığı kimi protokol qaydası olaraq Putinlə Paşinyanın görüşünün vaxtı son saatlara qədər bəlli deyildi. Görünür ki, Putin Paşinyanla protokol qaydası olaraq belə görüşmək istəmirdi. Ya elə bir vəziyyət yaradırdı ki, Paşinyan özünü öz qabında hiss eləməısin. Və bütün Ermənistan, o cümlədən dünya Rusiyanın Paşinyanı qəbul etmədiyini görsün və hiss etsin.
Və doğrudan da Paşinyan özünü öz qabında hiss eləmirdi. Hər şeydən əvvəl ona görə ki, Putin ona görüş vaxtı verməmişdən əvvəl həbsdə olan Robert Köçəryanın xanımı Bella Köçəryanla ilə görüşdü. Görüş Rusiyanın Ermənistandakı səfirliyində baş tutdu və görüşdən sonra yayılan məlumatda bildirilirdi ki, Putinin Bella Köçəryanla görüşündə Robert Köçəryanın həbsi və Ermənistan hökümətinin bu həbs ətrafında atdığı addımlar müzakirə olunub.
Məhz bu görüşdən sonra Putinin Paşinyanla Zvartnots Beynəlxalq Hava Limanında görüşəcəyi bəlli oldu. Saat yarım çəkən bu görüşdə nələrin müzakirə olunduğu haqda elə bir məlumat yoxdur. Lakin Putinin Bella Köçəryanla görüşdən sonra Nikol Paşinyanı aerportda qəbul etməsi Ermənistanın Baş nazirinin üzünə çırpılan sərt şillə kimi dəyərləndirilə bilər. Çünki Putinin iradəsinə qarşı Paşinyanın Robert Köçəryanı 3 dəfə həbsxanaya atması və hələ də orda saxlaması Rusiya prezidentinin heç də xoşuna gəlmədiyi özü-özündən aydındır. Və Paşinyandan əvvəl Köçəryanın xanımı ilə görüşən və Yeravanda başqa heç bur siyasətçi ilə təmasa keçməyən Putinin Paşinyana nələr demək istədiyini də ortaya qoymuş oldu.
Böyük ehtimalla Zvartnots Beynəlxalq Hava Limanında görüşdə də Putin Paşinyanı divara dirəyərək Köçəryna qarşı repressiyalara son verməyi tələb edib. Eyni zamanda bir sıra siyasi-iqtisadi məslələrdə də Putinin Ermənistan baş nazirindən narazı olduğu da aydındır. Paşinyanla görüşə məhz Bella Köçəryanla görüşdən sonra qərar verilməsi və görüşün aeroportda baş tutması onu deməyə əsas verir ki, əslində Putin Paşinyanı aşağılamaq istəyib və Rusiya prezidentinin Ermənistanın Baş naziri ilə münasibətləri məcburi dözümlülükdən başqa bir şey deyil.
Yaranmış vəziyyətdən təbii olaraq pərt olan və görüşün aeroportda ayaqüstü keçirilməməsini Ermənistana və dünyaya bildirmək məcburiyyətində qalan Paşinyan iki dəfə “Facebook” səhifəsində paylaşım edib və ikinci paylaşımında görüşün saat yarım davam etdiyini xüsusi olaraq vurğulayıb. Lakin Paşinyanın bu görüşdən “döyülmüş” vəziyyətdə çıxmasını Ermənistan mətbuatı belə etiraf edir.
Həmçinin Rusiya ilə Ermənistan arasında iqtisadi problemlər də qabarmaqdadır. Belə ki, Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırıb. Yəni 2019-cu il yanvarın 1-dən Moskva Yerevana satdığı təbii qazın qiymətini 150 dollardan 165 dollara qədər qaldırdı. Son verilən xəbərlərdə 2020-ci il yanvarın 1-dən təbii qazın daha 30 % bahalaşacağı gözlənilir. Bu isə Paşinyanın çox “soyuq bir qış” keçirəcəyindən xəbər verir. Ermənistanda sosial narazılıqların artması Paşinyanın ən çox qorxduğu məsələdir və artıq bu sosial narazılığa doğru “ciddi irəliləyişlər” də görünməkdədir.
Lakin Paşinyanın problemi təkcə “şimal ayısı” ilə qabarmaır. Okeanın o tayında da qrtıq Paşinyana “tərs” baxırlar. Ötən həftə Paşinyan Nyu-Yorkdan da pərt qayıtmışdı. Böyük israrlarına və istəyinə baxmayaraq ABŞ prezidenti Donald Tramla görüşü baş tutmamışdı. Trampı bir kənara qoysaq belə, Paşinyan ABŞ rəsmilərinin diqqətini belə azacıq da olsun cəlb edə bilməmişdi. Ona ancaq yolüstü Tramla selfi çəkdirmək nəsib olmuşdu ki, bu da Ermənistan diplomatiyasının, o cümlədən Ermənistan diasporunun acınacaqlı vəziyyətindən xəbər verir.
Bəlkə də ABŞ-da güclü olan erməni diasporu belə Paşinyanı diqqətə almamış və qınını bəyənməyən Paşinyana arxasını çevirmişdi.
Halbuki səfərdən öncə Ermənistan mətbuatı Paşinyanın Tramla görüşündən yazırdı və bu görüş baş tutmadıqda erməni mətbuatı öz məyusluğunu gizlədə bilmədi.
Bəs Paşinyan dünyada niyə qəbul olunmur? Axı o, Sorosun verdiyi “ağ atın belində” hakimiyyətə gəlmişdi?
Hər şeydən əvvəl Paşinyan özünün həddini aşan populizmi ilə “palçığa batan eşşəyi” xatırladır. Bu populizmdə eyni zamanda qisasçılıq və avantürstlik diqqəti çəkir. İndi “eşşəyi palçığa batan” Paşinyan özündən əvvəlki sistemi dağıtmaqla siyasi balansı da dağıdır. Bu balans hər şeydən əvvəl ABŞ-Rusiya münasibətləri üzərində formalaşmışdı və artıq demək olar ki, həmin balans yerindən oynamaq üzrədir. Bu isə təbii ki, Vaşinqtonu narahat edir. Çünki Vaşinqton Ukraynadan sonra birdə Ermənistan problemi ilə üzləşmək istəmir. Bu bir daha Rusiyanın sərt üzü üzləşmk anlamına gəlir.
Bu vəziyyət təkcə ABŞ-ı narahat etmir. Eyni zamanda Avropa ölkələri də Paşinyanın balansı dağıtmaq siyasətindən narahatdırlar. Görünür ki, bunu hiss edən erməni diasporları da Paşinyana dəstək vermək istəmirlər. Çünki nəticədə mövqelərini itirə bilərlər.
Bu üzdən artıq Paşinyan və onun höküməti Qərb dövlətləri üçün maraq kəsb etmir. Rusiaya üçünsə Paşinyan iki qat maraqsız bir liderə çevrilib və Moskva inana bilmədiyi Paşinyanın arxasına görünmək istəmir. Buna görə də Putin hər fürsətdə Köçəryana açıq dəstəyini nümayiş etdirir və Paşinyanın Kreml üçün heç bir dəyərinin olmaması artıq ortadadır.
Paşinyanın dünyada qəbul olunmamasının səbəbi onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Ermənistan mediası, ekspertləri də etiraf edir ki, son illər Ermənistan dünya miqyasında nüfuzunu itirir.
Paşinyandan fərqli olaraq Azərbaycan beynəlxalq sistemdəki balansı qoruduğu üçün prezident İlham Əliyev öz dəyərini qoruyub saxlayır. Azərbaycan bu gün bölgədə sabitliyin əsas qarantı kimi çıxış etdiyi kimi, eyni zamanda etibarlı tərəfdaş kimi də dünya liderlərinin diqqətini həmişə cəlb edib və etməkdədir. Prezident İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və s. ilə görüşləri bir daha həm cənab İlham Əliyevin, həm də Azərbaycanın regionda yüksək nüfuzunun göstəricisi kimi qəbul edilməlidir.
Elə bu gün prezident İlham Əliyevin nüfuzlu “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza və Azərbaycana böyük diqqətin göstəricisi kimi qəbul olunmalıdır.
Azər QARAMANLI
Xüsusi olaraq, Yenicag.az üçün