Rusiya paytaxtında bu il mayın 9-na planlaşdırılan hərbi parada xaricdən qonaq dəvət edilməyib.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, 9 may bayramı Rusiya və onun vətəndaşları üçün “müqəddəs”dir: “Ancaq biz o bayrama xarici liderləri dəvət etməmişik”.
Peskov əlavə edib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun da bayram tədbirlərində iştirakı hələlik ehtimal olunmur.