!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin “Rusiya məğlubedilməzdir” bəyanatı gülüş doğurdu: “SSRİ də qürrələnirdi...”

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən 9 may paradındakı çıxışında ölkəsinin məğlubedilməz olduğunu bəyan edib.

Yeniçağ.Az xəbər verir ki, faşizm üzərində qələbə münasibətilə təbriklərini çatdıran Putin rus xalqı haqqında birmənalı qarşılanmayan ifadə işlədib:

“Xalqımızı fəth edə biləcək qüvvə olmayıb, yoxdur və olmayacaq. Xalqımız doğma torpağını müdafiə edərkən ölümlə üz-üzə gələrək, mümkün olmayanları bacararaq, II Dünya müharibəsinin qanlı gedişatını dəyişib, düşməni evinə qədər geri qovub və nasizmi məhv edib”.

Putinin bu bəyanatını Yeniçağ.Az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya prezidentini belə arxayın göstərən səbəblər əslində, o qədər də əsaslı deyil:

“Vladimir Putin Rusiyanın məğlubedilməz olduğunu iddia edərkən, ölkəsində mövcud olan nüvə silahına istinad edir. Heç bir dövlət nüvə dövlətinə qarşı müharibəyə başlamaz.

Ancaq bu, o demək deyil ki, Rusiyanı heç bir təhlükə gözləmir. Rusiyanın həqiqi müttəfiqləri yox dərəcəsindədir. Ən yaxın iki müttəfiqi Belarus və Qazaxıstan belə Kremlin siyasətindən ehtiyat edir, Rusiyanın Ukraynanı parçalamasından dərin narahatlıq keçirirlər.

Minsk və Astana bu narahatlıqlarını açıq büruzə verməsələr də, Rusiyanın ekspansiya siyasətinin nə zamansa Belarus və Qazaxıstana da keçə biləcəyindən ehtiyat edirlər.

Digər tərəfdən, Rusiya necə “məğlubedilməzdir” ki, Suriyada istədiyi nəticəni əldə etmədi, hələ də orada terrorçular və Bəşər Əsədə qarşı savaşan silahlı müxalifəti məğlub edə bilmir.

Əksinə, Putin artıq Suriyanın federellaşmasına razılaşıb. Putinin Suriyada 4 təhlükəsizlik zonasının yaradılması ideyası Rusiyanın “məğlubedilməz” olduğundan xəbər vermir. SSRİ Rusiyadan daha güclü idi. Ancaq vaxtilə SSRİ də özünə çox qürrələnirdi. Ancaq Əfqanıstana qoşun yeritsə də, orada rüsvayçı məğlubiyyətə uğradı”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv