!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin səfər boxçasında hansı dosyelər var?

!Reklam – Yazi

 

PUTINNatiq Miri: “Putinin bölgəyə səfəri gerçəkləşəcəksə, özü ilə bərabər konkret sülh planı da gətirəcək”

Son günlər mətbuatda Rusiya prezidenti Vladimir Putinin may ayının sonlarında Bakı və İrəvana səfər edəcəyi və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi barədə məlumatlar yer alıb.  Qeyd edək ki, aprelin əvvəlində baş verən hərbi toqquşmaların ardınca Rusiya atəşkəsin bərpasına nail oldu. Daha sonra baş nazir Dmitri Medvedyevlə, xarici işlər naziri Sergey Lavrov da bölgəyə səfər etdi. İndi isə Putinin özünün bu iki ölkəyə təşrif buyuracağı bildirilir. Onu da qeyd edək ki, bu məlumatdan bir neçə gün əvvəl də, Putinin mayın 9-da Bakıya gələcəyi haqda informasiyalar getmişdi. Lakin göründüyü kimi Putin həmin günü Moskvada olaraq Qələbə paradını izləməklə məşğul idi. Yəni bu mənada Rusiya prezidentinin mayın 9-da Bakıya gələcəyi barədə yazılanlar doğru çıxmadı. Görəsən, mayın sonlarında onun bölgəyə səfər edəcəyi haqda deyilənlər nə dərəcədə doğrudur? Bu doğrudursa, onun gəlişi konfliktin həlli prosesinə nə vəd edə bilər?

Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri zamanı dəqiq olmasa da, Putinin bölgəyə səfərinin baş tutacağını istisna etmədi: “Mayın axırlarında Rusiya prezidenti Putinin Azərbayan və Ermənistana səfəri haqqında informasiyalar hələ ki, birmənalı olaraq öz dəstəyini tapmayıb. Bundan əvvəl guya Putinin təcili olaraq bir günlüyə Azərbaycana səfər edəcəyi haqqında məlumat da daha çox dezinformasiya xarakteri daşıyaraq konkret şəbəkələrin maraqlarına xidmət edirdi. Bilirsiniz ki, intensiv olaraq Ermənistanda mayın 8-9-da Azərbaycanın hərbi əməliyyatlara başlayacağı haqında informasiyalar gedib. Hətta Ermənistan rəsmiləri də həmin informasiyanı müəyyən mənada ehtimal səviyyəsində təsdiq edirdilər. Bu məlumat həmçinin Rusiyada müəyyən narahatlıq doğururdu. Ola bilsin bu dezinformasiyanı Azərbaycanı çəkindirmək üçün dövriyyəyə buraxıblar. İndi də Putinin mayın sonlarında regiona səfər edəcəyi haqqında informasiyalar gəlir. Bu məlumat bir qədər inandırıcı ola bilər. Zamanı o qədər dəqiq olmasa da, ancaq Putinin regiona səfəri ehtimal olunan səfərlər içərisindədir. Çünki indiyə kimi baş nazir və xarici işlər nazirləri səviyyəsində Rusiya rəsmilərinin bölgəyə səfərləri olsa da, konfliktin həlli ilə bağlı tərəflərə konkret plan təqdim olunmadı. Aprel döyüşlərindən sonra gözlənilir ki, masa üzərində konkret hansısa sülh planı ortalığa qoyulsun. İndiki zamanda da bunu ancaq Rusiyanın edəcəyi daha ağlabatandır. Digər həmsədr ölkələr bu prosesdə moderator olaraq hələlik Moskvanı gördükləri və onun region ölkələrinə təsir imkanlarını anladıqları üçün gedişatı məhz Rusiyanın öhdəsinə buraxıblar. Putinin bu mənada Bakı və İrəvana səfərləri gerçəkləşəcəksə, düşünmək lazımdır ki, o özü ilə bərabər konkret sülh planı gətirəcək. Prosesin gələcəyi isə Ermənistanın masa arxasındakı davranışından asılı olacaq. İndiki halda Ermənistan hər an Azərbaycan əsgərinin güc və qüdrətini öz üzərində, boynunun arxasında hiss etməlidir.

Ermənistan pozuculuq fəaliyyətini davam etdirəcəyi halda yay aylarında hərbi əməliyyatların yenidən başlanmasına zərurət yaranacaq. Yəni sülh danışıqlarının gələcək perspektivi İrəvanın davranışından asılı olacaq. Bu mənada həqiqətən Putin regiona səfər edəcəksə və burada aparacağı müzakirələrdən sonra bəzi gerçəkliklər ortaya çıxacaq. Ancaq hər bir halda Azərbaycan həm diplomatiya, həm də güc faktorunu paralel olaraq yürütməlidir. Yeri gələndə bu iki amil bir-birilə çulğalaşmalıdır”.

ELÇİN

www.yenicag.az

699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv