Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putinin "şər ruhunu" Kremldən qovmaq istəyən şaman qaçırıldı - FOTO

Buryatiya və İrkutsk arasında gecə düşərgəsi salan şaman həmin ərazidə “yoxa çıxıb”.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, prezident Vladimir Putinin “şər ruhunu” Kremldən qovmaq niyyətini açıqlayan və Yakutskdan Moskvaya doğru yola çıxan şaman Aleksandr Qabışev maskalı şəxslər tərəfindən qaçırılıb.

Şahidlərin sözlərinə görə, şamanı çadırından çıxaran şəxslər onu zorla maşına əyləşdirərək, ərazidən uzaqlaşıblar.

Hadisəyə münasibət bildirən Buryatiya Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada isə insident “Uzun müddətdir axtarışa verilən 1958-ci il təvəllüdlü bir kişinin həbs olunması” kimi təqdim edilib.

Aqil Bəkir

www.yenicag.az

941
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100