“Azərbaycanın Qarabağı azad etmək cəhdi, son vaxtlar baş verən bir sıra hadisələri nəzərə alsaq, proqnozlaşdırıla bilən idi və Azərbaycan DİN əməkdaşlarının öldürülməsi bu prosesi yalnız sürətləndirdi”.
Yenicag.az Khabar Online-a istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.
Onun sölərinə görə, rəsmi Bakı üçün Qarabağın azad edilməsi əsas prioritet olub: “Bu, 44 günlük müharibədə yarımçıq qalan işləri başa çatdırmaq niyyətindən yaranmışdı”.
Eks-diplomat Rusiyanın Rusiya ilə münasibətlərinin soyuqluq və s. amillərin Qarabağın tam azad edilməsi üçün qızıl fürsət yaratdığını vurğulayıb. “Ermənistanın strateji səhvi ondan ibarət idi ki, Nikol Paşinyan “Rusiyadan asılılıq strateji səhvdir” deməklə yanaşı, bu ölkənin üzünü Qərbə çevirdiyini açıqladı. NATO-nun genişlənməsi üzrə Avropa Komitəsinin rəhbəri Günter Flinqerin Ermənistanın alyansa qoşulması ilə bağlı açıqlamaları da onu göstərirdi ki, ABŞ və Aİ Rusiyanı Qafqazda təcrid etməyə, Ermənistan vasitəsilə Moskva üçün ikinci Ukrayna kimi problem yaratmağa çalışır”.
M. Pakayinin fikrincə, Vladimir Putinin Şərq İqtisadi Forumunda bəyanatı Azərbaycanın Qarabağdakı məqsədlərinə çatması üçün yaşıl işıq olub.
O, Qarabağda keçirilən saxta seçkilərin də daha bir təhrikçi əməl olduğunu qeyd edib.