Putinin son TƏYİNATLARI: Rusiya prezidenti güc qrupunu yenidən qurur

Putin son təyinatları ilə güc qrupunu yenidən qurur.

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr yazır ki, eyni zamanda, Putin Rusiya iqtisadiyyatını özünün bir nömrəli prioriteti elan edir və qurulan komandada iqtisadçılar ilə maliyyəçilər ən peşəkarlardan ibarətdir.

Qəzetin məlumatına görə, Putin Şoyqunu tam işdən çıxartmasa belə, onu öz nəzarətinə götürdü, eyni zamanda, Priqojinin dediklərini uzun zamandan sonra dinləyərək, oğruları ordudan uzaqlaşdırdı. Bildirilib ki, Putin elitada qruplar arası balansı öz istədiyi kimi formalaşdıraraq, əsas arbitr kimi qaldığını nümayiş etdirir.

Rafi Müslümov

COP29