Putinin sözçüsü Paşinyanın son ümidini də öldürdü: “Azərbaycan icazə verməlidir”

“Rusiya Azərbaycan və Ermənistanın razılığı ilə Dağlıq Qarabağa öz sülhməramlılarını yerləşdirə bilər”. 

RBK xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib:

“Yalnız tərəflərin razılığı ilə sülhməramlılar yerləşdirilə bilər”.

Qeyd edək ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini istəyib.