Putinin Türkiyəyə səfəri təxirə salındı

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri təxirə salınıb.

Yenicag.az xəbər verir ki, buna hər iki liderin iş qrafikindəki uyğunsuzluqlar səbəb olub.

Rusiya liderinin sözçüsü Dmitri Peskov isə bildirib ki, Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşün təşkili üçün hazırlıqlar davam edir.

Yayılan məlumatlara görə, Putinin Türkiyəyə səfərinin aprel ayının sonu – may ayının əvvəlində baş tutacağı ehtimal edilir.

Xatırladaq ki, səfər fevralın 12-də baş tutmalı idi.

COP29