!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin “universitetdən gələn gəncləri”nin vəd etdiyi “cənnət” uzaqda deyil

!Reklam – Yazi

Mayın 22-də ABŞ prezidenti Donald Tramp ölkənin Açıq Səma Müqaviləsindən çıxdığını elan edib. Əslində bu müqavilə simvolik xarakter daşıyır.

ABŞ-ın əsas rəqibi olan Çin Xalq Respublikası onu imzalamayıb, çağdaş peyk kəşfiyyat sistemləri 10 santimetrlik optik həssaslıqla şəkillər çəkə bildiyi halda, Müqavilə İV maddənin 2-ci hissəsinin A bəndinə əsasən, müşahidə uçuşları zamanı yalnız 30 santimetrlik optik həssaslıqlı foto texnikadan istifadəyə icazə verir. Bundan başqa, sənəd Müqavilə üzrə uçuşları izləyəcək heyətlərin tərkibini, uçuş istiqamətini razılaşdırmağı tələb edir, lakin peyk sistemləri ilə müşahidə zamanı buna ehtiyac yoxdur. Əslində ABŞ prezidenti Müqavilədən çıxamaq haqqında niyyətini 2019-cu il avqustun 30-da KH-11 peykinin partlayış baş verən İran kosmodromundan 382 kilometr yüksəklikdə çəkdiyi fotonu yayarkən açıqlamışdı.


KH-11 peyklərinin son nəsli fenomenal teleskop sayılan Habbl-a bərabər 2,4 metrlik güzgülü optika ilə təchiz edilib. KH-11-lərin texniki göstəriciləri haqqında bütün məlumatlar qapalı olsa da, ehtimal edilir ki, o, Yer səthindəki 10 santimetrlik cismləri görə bilir. Təssəvvür edin ki, söhbət təxminən bir çay fincanı, ya da ağac yarpağı böyüklükdə cismlərdən gedir.
Bundan başqa, ABŞ-ın xeyli sayda müşahidə peykləri var. SPACECOM-un – Kosmik Qoşun Komandanlığının – 87 ədəd peyki, SAR-lar (Synthetic-aperture radar), infraqırmızı ötürücülü peyklər və s. Belə bir müşahidə imkanı bolluğundan ABŞ-ın Açıq Səma Müqaviləsində qalmaq üçün gerçəkdən də bir səbəb yoxdur. Ancaq məsələnin başqa tərəfi var – Müqavilədən imtina Rusiya və Çinə basqıdır.

Bütün dünya üçün, bəşəriyyət üçün isə ABŞ-ın iştirakını dayandıracağı haqqında danışılan iki başqa müqavilə daha önəmlidir. Son zamanlar bu haqda rəsmi səviyyədə dəfələrlə açıqlamalar olub. Bu, nüvə sınaqlarının qadağan edilməsi (1996) və ABŞ-la Rusiya arasında imzalanan strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması haqqında (2010) müqavilələrdir.

ABŞ Nüvə sınaqlarının qadağan edilməsi haqqında Müqaviləni imzalasa da ratifikasiyadan keçirməyib. Eyni zamanda imza geri də çəkilməyib. Beynəlxalq müqavilə hüququ haqqında Vyana Konvensiyasının 18-ci maddəsi tələbi çərçivəsində imzanı geri götürməyənə qədər müqavilə tərəfinin öhdəlikləri var və ABŞ bu öhdəlikləri dəqiq yerinə yetirir. Çin, İsrail və Hindistan da sənədi imzalasalar da ratifikasiyadan keçirməyiblər. Pakistan isə sənədi ümumiyyətlə imzalamayıb. Müqaviləyə gəlincə, sənəd insanlıq üçün böyük önəm daşıyır – nüvə silahlarını sınaqlar olmadan təkmilləşdirmək mümkün deyil, sınaqlar və nüvə silahlarının təkmilləşdirilməsi isə insanlıq üçün birbaşa təhlükədir. Nüvə sınağı keçirilmirsə, bu, kompüter proqramları ilə həyata keçirilməlidir. Hələ kompüterlərin olmadığı ötən əsrin 40-cı illərinin ortalarında Manhetten layihəsində yüzlərlə qadın əllə hesablama aparırdılar. Onlar faktiki olaraq ştatlı hesablayıcılar idilər.

O zamanda çox şey dəyişib, nüvə silahı xeyli mürəkkəbləşib, hesablayıcılar tarixə qovuşub, hesablamalar kompüter vasitəsilə aparılır. Ancaq nüvə silahının bu və ya digər şəraitdə necə işləyəcəyini kompüterlərlə müəyyən etmək mümkün deyil, bunun üçün super-kompüterlər gərəkdir. ABŞ-ın Summit və Sierra kompüterləri bu sahənin ən “qüdrətli” avadanlıqlarıdır. Sierra ABŞ-ın nüvə silahlarının təhlükəsizliyi və etibarlılığına məsul Livermor Milli Laboratoriyasında, Summit isə nüvə sınaqlarına da cəlb edilən Enerji Nazirliyinin Ok-Ric Milli Laboratoriyasında istifadə edilir. Yəni ABŞ nüvə sınaqlarını kompüter proqramları ilə sınaqdan keçirə bilən ən mükəmməl texnolojiyə malikdir kompüter proqramları modelləşməsi əsasında, real nüvə sınağı olmadan yaradılmış iki nüvə silahı buna sübutdur: hidrogen bombası B12-61 və nüvə başlığı W76-2. Lakin yeni fiziki prinsiplər üzərində layihələndirilən nüvə silahları üçün real nüvə sınağı vacib ola bilər. Belə silahlardan biri layihələndirilkmə ərəfəsində olan AGM-183A raketidir – ballistik daşıyıcı ilə müvafiq kinetik enerjiyə çatdırılaraq işlədilən düzaxımlı hipersonik roketlər.
Bu səbəbdən nüvə sınaqlarının bərpası haqqında rəsmi bəyanatlar rəqiblərin iqtisadiyyat tükdən asılı olduğu bir dönəmdə siyasi addımdan başqa bir də texniki zəruriyəti olan bir addımdır.

ABŞ-la Rusiya arasında imzalanan strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması haqqında Müqaviləyə gəlincə, bu sənəd Rusiya üçün son dərəcə əlverişlidir, çünki Sovetlər Birliyindən miras qalan və 1980-ci illərdən sürətlə geriləyən nüvə arsenalının modernləşdirilməsinə heç bir maneə yaratmır. Sənəddə taktiki silahların deyil, yalnız strateji nüvə silahları ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur. Avropadakı quru qoşunlarındakı Rusiyanın şübhəsiz üstünlüyü və üstəgəl kəmiyyətcə məhdudlaşdırılmayan taktiki nüvə silahları, NATO-nun Şərq qanadı üçün ciddi problemlər yaradır.

Müqavilə Obamanın prezidentliyi dönəmində imzalanıb. Yada salaq ki, Barak Obama prezidentiliyinin elə birinci ilində beynəlxalq diplomatiyanın və xalqlar arasında işbirliyinin güclənməsində xidmətlərinə görə Nobel Sülh Mükafatına layiq görülmüşdü. Aydındır ki, prezidentliyinin ikinci ilində Ağ Evin sahibi Nobel laureatı belə bir sənədi imzalamaq fürsətini qaçıra bilməzdi.
İndi Ağ Evin başqa sahibi var. O beynəlxalq sülh, dostluq mükafatlarında iddia etmir, siyasi nəzakət, diplomatik lütfkarlığa da vaxtını sərf etmir. Bu bir reallıqdır. Tramp çox gözəl anlayır ki, Rusiyanın bu müqaviləni imzalamaqla əldə etdiyi ən böyük üstünlük ABŞ-ın RHM (raket hücumundan müdafiə) sistemləri və NATO-nun daha iki üzvü – Fransa və Böyük Britaniyanın strateji nüvə silahları və Almaniya, Belçika, Danimarkanı ortaq tətbiq üçün nəzərdə tutulan ABŞ-ın taktiki nüvə silahları ilə kompensasiya olunur.

ABŞ Çinin nüvə silahının genişlənməsi, Rusiyanın yeni nüvə silahları yaratmaq cəhdlərindən də hədsiz narazıdır. Rusiyanın iddialarının 80 faizi təbliğatdan başqa bir şey olmasa belə, qalan 20 faiz real təhlükəni də göz ardına almaq olmaz.

Yeni növ silahlar haqqında danışan prezident Putinin “universitetlərdən gənclər gəldilər və hazırladılar” deməsi belə düşünməyə əsas verir. Çünki gerçək silahların hazırlanması üçün 20-30 il təcrübəsi olan yüzlərlə alim bir neçə onillik çalışmalıdır. Prezident Putinin dediyindən isə belə çıxır ki, ABŞ-ın uzun illərin təcrübəsini qazanan alimləri ilə dünya üzrə reytinq sıralamalarında sonlarda sürünən Rusiya universitetlərinin tələbələrinin səviyyəsi eynidir.

Rusiya «Кинжал» aeroballistik raketini «analoqu olmayan silah” kimi təqdim etməyə çalışsa da İsrail və Hindistan ordusunda da belə silahlar çoxdan var. «Буревестник» – nadanlar üçün bir nağılı xatırladır, «Авангард» – 80-100 km-də qəfil “sürüşməsilə” ilə ad çıxaran CXR-nın DF-17-nin oxşarıdır. Sualtı pilotsuz «Посейдон» isə, baxmayaraq ki, texniki ideya olaraq 1960-cı illərdən mövcud olan bir layihəyə əsaslanır, hər kəsdən öncə ABŞ və ümumiyyətlə, dünya üçün çox ciddi təhlükədir. Çünki Rusiya ona hücum edildiyində bəşəriyyəti tamamən və ya qismən məhv silah hazırlayan yeganə ölkədir. Prezident Putinin dediyi kimi, “biz günahsız qurban kimi cənnətə gedəcəyik, onlar isə sadəcə gəbərəcəklər”. Bu bir fərqli fəlsəfədir və bu fəlsəfənin artıq texnoloji texniki zəminə cavab verməmək ABŞ üçün mümkün olan bir şey deyil…


Rusiyanın sadaladığımız silahlarının hərbi gücü təbliğat gücündən aşağı olsa da, hər halda, ABŞ və müttəfiqlərinin təhlükəsizliyi üçün problem yaradır. Bir tərəfdən də dünyanı tək ildən ilə artan hərbi gücü ilə deyil, COVİD-19-u ilə təlaşlandıran Çin var.

Çin hər hansı məhdudiyyəti və ya inspeksiya müşahidəsini nəzərdə tutan heç bir sənədi müzakirəyə çıxarmağı belə arzulamır. ABŞ bu yanaşmanı qəbul etmir. Əslində təkcə ABŞ yox, bütün dünya belə etinasız yanaşmanı qəbul etməməlidir.

Strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması haqqında Müqavilənin müddəti 5 fevral 2021-ci ildə başa çatsa da, sənəddə onun daha 5 illiyə uzadılmasına imkan verən bənd də var. Ancaq ABŞ-da bunun məqsədəuyğunluğunu şübhə altına alan fikirlər səsləndirilməkdədir.
Rusiya Konstitusiyasının dəyişdirilməsindən sonra ABŞ tənqidçilərinin daha bir arqumeti yaranacaq: rusların heç bir müqaviləyə əməl etmək istəmirlər, o səbəbdən beynəlxalq qurumların və məhkəmələrin qərarlarını heçə saymaq üçün hüquqi əsas məqsədilə konstitusiyalarını öz kefinə yenə dəyişirlər. 1787-cil dəyişməyən Konstitusiyaya malik ABŞ cəmiyyəti üçün bundan yaxşı arqument ola bilməz və bəzi ABŞ siyasətçiləri bundan sözsüz istifadə edəcəklər.

Strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması haqqında Müqavilənin uzadılması yox yeni bir müqavilə üçün ABŞ öz hərbi texniki imkanlarını da bir şantaj kimi istifadə edəcəyi şübhəsizdir. ABŞ bu məqsədlə SM-3 Block IIA/IIB və hazırlanmaqda olan hipersonik AGM-183A-nı əlində əsas edəcək. Prezident Trampın 16 may çıxışında “indiki raketlərdən 17 dəfə daha sürətli raket hazırlayırıq” ifadəsi məhz bu silaha – AGM-183A-ya aiddir. Sözsüz, prezident fizik deyil, ona görə də onun yeni silahı belə təsvir etməsini anlayışla qarşılamaq olar. Lakin bütün hallara bəhsi gedən AGM-183A “universitetdən gənclər gəldilər və hazladılar” ilə ifadə edilən silahlardan tamamilə fərqlidir.

Ancaq Rusiyanın da ABŞ-ı şantaj imkanları məhdud sayılmaz. «Посейдон», qismən «Авангард» hər halda nəhəng dağıdıcılıq gücünə malik nüvə silahlarıdır. Ona görə də Rusiyaya bu müqaviləni uzatmaq məqsədilə bu iki silahı daha tez-tez hallandıracağına şahid olacağıq.

Prezident Trampın dönəmində çətin ki, ABŞ Strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması haqqında Müqaviləni Çinin iştirakı olmadan uzadılmasına razılıq verə. Böyük ehtimalla ABŞ hətta 1 və ya 2 illik uzadılma sənədini Çinin iştirakına təminat və başqa strateji silahların məhdudlaşdırılması şərtilə razılıq verəcək. Buna görə də Çinin müzakirələrə qoşulmaması planetin gələcəyi üçün açıq təhdid kimi qiymətləndirilə bilər.

Çin COVİD-19-u “ixrac” etməklə Tramp üçün istəmədiyi halda daha bir kozır yaradıb. Tramp belə bir qəti mövqedə dura bilər yeni müqavilə istəmirsinizsə, o zaman bizim 750 milyard dollarlıq hərbi büdcəmizlə və Rusiyanın 0-a düşən neft gəlirləri ilə, Çin bir neçə trilyonluq məhkəmə iddiaları ilə qarşılaşacaq iqtisadiyyatı əsasında gəlin silahlanma yarışına davam edək. Əlbəttə, belə bir silahlanma yarışının nəticəsi proqnoz olunandır.

Çox güman, ABŞ məsələyə kompleks yanaşacaq – yeni müqavilə üçün yeni parametrlər təklif edəcək, ÇXR-nin də qoşulmalı olduğu orta və yaxın mənzilli raketlərin ləğvini, ÇXR-a nüvə sınaqlarının qadağan edilməsini, ÇXR-ı nüvə potensialının inspeksiyasını istəyəcək.

Əgər belə bir razılıq əldə olunsa, bəşəriyyət son 40 ildə ilk dəfə 2021-ci ili nüvə silahlarının məhdudlaşdırılması və nüvə sınaqları ilə bağlı müqavilələrsiz qarşılayacaq. Bu, planet üçün real və miqyassız təhlükədir. Hər hansı “universitetdən gələn gənclik” bizi bu təhlükədən xilas edə bilməz.

Avtandil Məmmədov, enerji məsələləri üzrə ekspert

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv