Putinin ehtimal olunan varislərinin hər ikisi yüksək vəzifəyə keçdilər. Putin öz tələbəsi, şəxsi mühafizəçisi olmuş Aleksey Dumini özünün, ən yaxın silahdaşı Nikolay Patruşevin oğlu Dmitri Patruşevi isə baş nazirin müavini təyin etdi.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri məlumat yayıb.
Qəzet yazır ki, beləliklə, hər iki şəxs federal vəzifələrə getdilər və bu iki şəxs güc strukturlarının namizədi olaraq Putinin varisləri arasında ən əsas iki şəxsdir.
“Politico”nin analitiklərinin fikrincə, Putin bu dəfə hər kəsi razı salan, lakin hər kəsin gücünü azaldan, elita daxili qruplar arasında balansı təmin edən gedişlər etdi.
KİV iddia edir ki, Putin varisini indi seçmədi ki, başqa qruplar onu hədəf almasın və qruplar arasında rəqabət qızışmasın. Qeyd olunur ki, müharibədən sonra böyük təsirə malik milliyyətçi qrup və hərbi bloggerlər də Putinin təyinatlarından razıdırlar.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin ən çox etibar etdiyi iş adamı olan Yuri Kovalçukun oğlu, “Kovalçuklar klanı”nın varisi Boris Kovalçuk Rusiya Hesablama palatasının sədri təyin edilib və Duma onun təyinatını təsdiqləyib.
Bundan əlavə, V. Putin Nikolay Patruşev ilə “KQB” generalı, Tula qubernatoru, Rusiya qəhrəmanı Aleksey Dumini prezidentin köməkçisi, Anton Vaynonu yenidən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib. Maksim Oreşkin isə prezidentin köməkçisindən Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsinə yüksəlib.
Rafi Müslümov