!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinlə bağlı miflər dağılır: ruslar ayılır - Politoloq

!Reklam – Yazi

Mart ayının 26-da Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə aksiya təşkil olunub. Lakin bu aksiya polis tərəfindən dağıdılıb. Nəticədə, 1030 nəfər aksiya iştirakçısı saxlanılıb. Saxlanılanlar “kütləvi tədbirin iştirakçıları tərəfindən yığıncağın keçirilməsi üçün müəyyən edilmiş qaydaların pozulması” maddəsilə ittiham olunurlar. Qeyd edək ki, Qərb ölkələrinin bəzilərinin terrora tuş gəldiyi bir dönəmdə bir çox analitiklər Rusiyanı sakit məkan kimi qələmə verməyə başlamışdılar. Ancaq artıq bu mif də dağılmağa başlayır. Belə ki, bir neçə gün öncə Çeçenistanda Rusiya hərbi hissəsinə hücum zamanı 6 rus hərbçisi həlak oldu. Ardınca Rusiyanın əsas müttəfiqi sayılan Belarusda etiraz aksiyası keçirildi. Ötən bazar günü isə Rusiyada qarşıdurmalarla nəticələnən aksiya baş verib.

Rusiyada qarşıdurma ilə müşayiət edilən proseslərlə bağlı Yenicag.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirdi ki, şimal qonşumuzda cərəyan edən hadisələr fonunda vəziyyətin gec-tez bu həddə gəlib çıxacağını gözləmək olardı:

“Rusiyada hakimiyyət əleyhinə keçirilən aksiya artıq bundan xəbər verirdi. Putinin şişirdilmiş reytinqi, guya əhali arasında ona qarşı böyük etimadın olması kimi tez-tez gündəmə gətirilən sosioloji sorğuların hamısı iflasa uğradı. Sadəcə olaraq, polis rejimi, təzyiqlər və Rusiyada davam edən qış etiraz hərəkatının daha güclü alınmasına imkan vermir. Amma proses onu deməyə əsas verir ki, tezliklə, etiraz hərəkatı özünü daha güclü şəkildə göstərəcək və Putinin korrupsiyalaşmış rejiminə qarşı mübarizəni daha məqsədyönlü və ardıcıl edəcək. Rusiyada miflər tədricən qırılır. Bu miflərin dağılması prosesində də siyasi elitanın korrupsioner və talançı xarakteri üzə çıxır.

Zənnimcə, rus xalqının özündə də ciddi ayılma prosesi gedir. Sadəcə olaraq, siyasi təşkilatlar, onların liderləri ciddi presinq altındadırlar. Bu, aradan qaldırılsa, etiraz hərəkatı daha da güclənəcək. Putin rejimi indiki vəziyyətdə möhkəmdir. Amma hər halda başlanan etiraz aksiyasını Putin rejimindən tədricən qopan daşlara bənzətmək olar. Hərəkat əsasən xalqın inqilabiləşməsi, onun şüurunda baş verən dəyişiklik və Putinlə bağlı miflərin dağılması ilə bağlıdır. Hadisələrin inkişafı gec-tez Putin rejiminin iflasına da gətirib çıxara bilər”.

 

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv