Putinlə Çen In görüşür – Yer və tarix açıqlandı

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putin ilə aprelin 25-də Vladivostokda görüşəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Kommersant” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, iki liderin görüşü Russki adasında yerləşən Uzaq Şərq Federal Universitetinin binasında baş tutacaq. Kim Çen Inın səfəri 26 aprelə qədər davam edəcək. Danışıqlardan sonra Putin Çinə gedəcək.